بیر میللتی نئجه سوْیقێرێم ائتمك اوْلار؟
دوكتور جئری
پادشاه، "پرنس" كیتابێنێ ماسانێن اۆستۆنه بۇراخاراق اۆزۆنۆ ماكیاوئللییه تۇتدۇ:
- اؤلكهده اوْلان اؤزگه میللتلری نئجه سوْیقێرێم ائتمك اوْلار؟
نیكوْلوْ گۆلۆمسۆندۆ:
- بیر میللتی سوْیقێرێم ائتمك اۆچون مین بیر یوْل وار!
پادشاهێن گؤزلری ایشێلدادێ:
- مین بیر یوْل؟!...
- ائلهدیر قۇربان!
- سایسانا؟...
- بیرینجیسی؛ آنا دیللرینی اللریندن آلاسان!
پادشاه یئرینده دیكلندی:
- اوْ بیری یوْللار؟...
- آنا دیللرینی آلسان اوْ بیری یوْللارا گرهك قالمایاجاقدیر پادشاهێم!
Bir milləti necə soyqırım etmək olar?
Dr.Jery
Padşah, "prens" kitabını masanın üstünə buraxaraq üzünü makiavelliyə tutdu:
- ölkədə olan özgə millətləri necə soyqırım etmək olar?
Nikolo gülümsündü:
- bir milləti soyqırım etmək üçün min bir yol var!
padşahın gözləri işıldadı:
- min bir yol?!...
- elədir qurban!
- saysana?
- birincisi, Ana dillərini əllərindən alasan!
padşah yerində dikləndi:
- o biri yollar?...
- Ana dillərini alsan o biri yollara gərək qalmayacaqır padşahım!
بؤلوم: آجی گولوشلر